Kəmiyyət yox, keyfiyyət önəmlidir!
Keyfiyyət - həyat tərzimizdir. Bu, sadəcə səy göstərdiyimiz bir şey deyil - biz hər gün bu prinsiplə yaşayırıq.
METALSTORE MMC artıq 2021-ci ildən metal təchizatında ixtisaslaşmış bir şirkətdir. Şirkətimizin tədarük etdiyi metal məhsulları tikinti sektoru ilə yanaşı kənd təsərrüfatı, maşınqayırma, neft-qaz sənayesi, mədənçilik və digər sənaye səhələrində də istfadə olunmaqdadır. Təqdim etdiyimiz məhsullar Avropa və Rusiya istehsalı olub, EN və GOST standartlarına cavab verir. Anbarlarımızda olan bütün metal məhsullarını Bakı ilə yanaşı regionlarda da fəaliyyət göstərən müştərilərimizə və partnyorlarımıza ən yüksək məmnuniyyətlə çatdırırıq.
Missiyamız tikinti sektorunda təcrübəli və etibarlı tərəfdaş olmaqla sizin tələblərinizi optimal vaxt içərisində qarşılamaqdır. Biz müştərilərimizə geniş seçimli məhsul çeşidi təqdim edirik. Azərbaycan və digər ölkələrin istehsal liderləri olan nəhəng şirkətlərlə partnyorluğumuz bizə imkan verir ki, keyfiyyət və səmərəliliyi eyni anda sizə təqdim edək.
Şirkətimizin təcrübəli mütəxəssisləri hər zaman müştərilərin etibarını doğruldub onların bütün sorğularını qısa müddətdə cavablandırır.
Bu ali missiya ilə yola çıxaraq keyfiyyəti öz həyat tərzimizə çevirmişik!