Dartılmış polad təbəqə və ya perforasiyalı təbəqə nədir?
Tikinti və sənayedə dəlikli metalın üstünlükləri


Dəlikli və ya dartılmış metal təbəqə (PVT) — xüsusiyyətləri, istehsalı və tətbiqi
Dəlikli-metal təbəqə, yaxud da dartılmış (perfarasiyalı) təbəqə (PVT), üzərində bərabər aralıqlarla yerləşən göz formalı dəliklər olan, bütöv metal vərəqdən xüsusi texnologiya ilə hazırlanan materialdır. Bu texnologiya metalın eyni anda həm kəsilməsi, həm də dartılması ilə həyata keçirilir ki, bu da nəticədə həm yüngül, həm də möhkəm struktur yaradır. Belə material sürüşməyə qarşı dayanıqlıdır, həmçinin işıq və hava keçirmə qabiliyyətinə malikdir. Dartılmış təbəqələr tikinti, maşınqayırma, kommunal təsərrüfat və dizayn sahələrində geniş istifadə olunur – məsələn, pilləkən səthləri, barmaqlıqlar, hasarlar və digər konstruktiv elementlərin hazırlanmasında.
PVT məhsulları bütöv metal təbəqənin eyni vaxtda kəsilməsi və dartılması ilə hazırlanır. Bu proses nəticəsində müəyyən ölçülərdə göz formalı dəliklər yaranır.
İstehsalda müxtəlif metal növlərindən istifadə olunur – aşağı karbonlu konstruksiya poladları (məsələn, St3 markalı polad), galvanizlənmiş polad, paslanmayan polad, eləcə də alüminium və digər.
Üstünlükləri:
Yüngüllük və möhkəmlik: Gözlü quruluş sayəsində material həm yüngül, həm də daşıma qabiliyyətli olur.
Təhlükəsizlik: Sürüşməyə qarşı səth xüsusiyyəti sayəsində pilləkən və platformalarda istifadəsi çox uyğundur.
Hava və işıq buraxma qabiliyyəti: PVT təbəqələr konstruksiyanın möhkəmliyini qorumaqla yanaşı, həm də təbii işıq və havanın keçməsinə imkan verir.
Materiala qənaət: İstehsal metodu daha az metal istifadə etməyə imkan verir, bu isə həm iqtisadi, həm də ekoloji baxımdan faydalıdır.
Dartılmış və ya perforasiyalı təbəqələr QOST standartında rəqəmlərlə kodlaşdırılır, məsələn – 406, 508, 610. Birinci rəqəm ilkin metal təbəqənin qalınlığını (mm), sonrakı rəqəmlər isə göz aralığının ölçüsünü göstərir.
PVT təbəqələr çoxsaylı sahələrdə istifadə olunur:
Tikinti: Platformalar üçün döşəmə materialı, pilləkən səthləri, mühafizə barmaqlıqları və müşahidə pəncərələri.
Maşınqayırma: Radiatorlar üçün barmaqlıqlar, konteyner və tara elementləri.
Sənaye: Dağ-mədən sənayesində daş və süxurların ayrılması üçün ələk sistemləri, texniki tutucu konstruksiyalar.
Dizayn: İnteryer və eksteryer üçün dekorativ elementlər, müasir üslubda hazırlanmış panellər və arakəsmələr.