1. Hansı növ metalları təklif edirsiniz?
Biz metalstore.az olaraq, müxtəlif növ metalları təklif edirik, o cümlədən: qara metal (profil, boru, təbəqə), paslanmayan polad, alüminium, mis və digər sənaye üçün uyğun metalları.
2. Minimum sifariş miqdarı varmı?
Əksər məhsullar üçün minimum sifariş miqdarı yoxdur. Lakin topdansatış üçün daha sərfəli qiymətlər təklif edirik. Xüsusi ölçülü və ya sifarişlə hazırlanan məhsullar üçün minimum miqdar tələbi ola bilər.
3. Kəsim və digər emal xidmətləri göstərirsinizmi?
Bəli, biz metal məhsullarının ölçüyə uyğun kəsilməsi, bükülməsi və deşik açılması kimi xidmətlər təklif edirik. Daha ətraflı məlumat və qiymət üçün bizimlə əlaqə saxlayın.
4. Sifarişim nə qədər müddətdə çatdırılır?
Stokda olan məhsullar 1-3 iş günü ərzində çatdırılır. Xüsusi sifarişlər və ya emal tələb edən məhsullar üçün çatdırılma müddəti ayrıca razılaşdırılır.
5. Ödəniş üsulları hansılardır?
Ödənişləri nağd, bank köçürməsi və POS-terminal vasitəsilə qəbul edirik.
6. Məhsullarınızın keyfiyyətinə zəmanət verirsinizmi?
Bəli, bütün məhsullarımız sənaye standartlarına uyğun sertifikatlı metallardır. Alınan məhsullarda hər hansı problem yaranarsa, bizimlə əlaqə saxlamaq kifayətdir. Məhsullar əmtəə görünüşün itirməyibsə, 14 gün ərzində qaytara və ya yenisi ilə əvəzləyə bilərsiniz. İstehsal tələb edən və ya xüsusi sifarişli malların qaytarılması mümkün deyil.

