Kəmiyyət yox, keyfiyyət önəmlidir!

METALSTORE MMC — 2021-ci ildən metal təchizatı sahəsində ixtisaslaşmış, peşəkarlığı və etibarlılığı ilə seçilən şirkətdir. Fəaliyyətimizin əsas məqsədi – müştərilərimizə yüksək keyfiyyətli metal məhsulları və çevik xidmət təqdim etməklə, onların etimadını qazanmaqdır. Avropa və Rusiya istehsalı olan məhsullarımız EN və GOST standartlarına tam cavab verir. Təchizat portfelimiz tikinti, kənd təsərrüfatı, maşınqayırma, neft-qaz, mədənçilik və digər sənaye sahələrində geniş istifadə olunur.

METALSTORE Bakıda və regionlarda fəaliyyət göstərən müştərilərinə operativ çatdırılma və fərdi yanaşma ilə xidmət göstərir. Bizimlə əməkdaşlıq edən hər bir tərəfdaş yalnız məhsul deyil, həm də peşəkar dəstək, sabitlik və uzunmüddətli etibar qazanır.

Missiyamız – keyfiyyəti və etibarlılığı bir araya gətirərək, sənaye və tikinti sahəsində seçilən tərəfdaş olmaqdır.

Biz keyfiyyəti sadəcə məqsəd deyil, həyat tərzimiz hesab edirik.

Keyfiyyət - həyat tərzimizdir. Bu, sadəcə səy göstərdiyimiz bir şey deyil - biz hər gün bu prinsiplə yaşayırıq.