NPU yoxsa NPI?
NPI və NPU, tikinti və istehsal sənayesində üstünlük verilən profil növlərindəndir. Adlarından bir-birinə çox oxşasalar da, tamamilə fərqli ölçülərə malik müxtəlif profillərdir.
Bəs NPI və NPU arasında əsas fərqlər nələrdir? Ən əsas fərq gözlə görünən quruluş müxtəlifliyidir. NPI - polad ikitavrdır. Və ya buna iki tərəfli şveller də deyə bilərik. Amma NPU polad şvellerdir. İkinci fərq istifadə edildiyi sahədə yaranır. NPU daha çox avtomobil sənayesində, yük daşıyıcılarının və qoşquların istehsalında istifadə olunur. NPI profili ağır metal konstruksiyalarını dəstəklədiyi üçün bina, körpü və sair tikintilərdə daha geniş istifadə olunur.
Hər iki profil bizim məhsul portfelinə daxil olub stoklarımızda daim mövcud olur. Sizə lazım olan məhsul çeşidi üçün bizimlə əlaqə yarada və ya əlaqə formu vasitəsilə bizə yaza bilərsiniz.