Dartılmış və ya perefarasiyalı polad təbəqələr

Dartılmış metal təbəqələr (PVT) — yüngül, lakin dayanıqlı konstruksiyalar üçün ideal materialdır. Bütöv metal vərəqdən xüsusi texnologiya ilə hazırlanaraq həm gücünü, həm də struktur bütövlüyünü qoruyur.

Gözlü quruluş sayəsində hava və işıq buraxan bu təbəqələr, eyni zamanda sürüşməyə qarşı effektli səth yaradır. Müxtəlif qalınlıqda və hüceyrə ölçüsündə təklif etdiyimiz PVT məhsulları sənaye, tikinti və dizayn sahələrində geniş tətbiq olunur. Həm estetik, həm də funksional həllər axtaranlar üçün dartılmış təbəqələrimiz etibarlı seçimdir.