Uzun radiuslu və qısa radiuslu polad dirsək arasındakı fərq
Hansı növ daha az axın itkisi yaradır və hansı daha çox yerə qənaət edir?
METAL EKSPERT


1. Uzun radiuslu dirsək – Radiusu borunun nominal diametrinin (DN) 1,5 misli qədər olur. Yəni, R = 1.5 × DN (GOST 17375-2001).
2. Qısa radiuslu dirsək – Radiusu borunun nominal diametrinə bərabər olur. Yəni, R = 1 × DN (GOST 30753-2001).
Uzun radiuslu dirsəklərin (Long Radius, 1.5DN) xüsusiyyətləri: Əyilmə radiusu (R) - böyük (1.5 × DN), axın istiqaməti - daha “yumşaq” dönüş yaradır, fiziki uzunluq - Daha uzun, Axın müqaviməti - aşağı (təzyiq itkisi azdır), məkan ehtiyacı - daha çox yer tələb edir, mexaniki yüklənmə - daha az gərginlik yaradır, qiymət - nisbətən bahadır, standart - GOST 17375-2001, ASME B16.9 LR.
Qısa radiuslu dirsəklərin (Short Radius, 1DN) xüsusiyyətləri: Əyilmə radiusu (R) - kiçik (1 × DN), axın istiqaməti - daha “kəskin” dönüş yaradır, fiziki uzunluq - daha qısa, axın müqaviməti - yüksək (axın itkisi çoxdur), məkan ehtiyacı - məkan məhdudiyyəti üçün uyğundur, mexaniki yüklənmə - daha çox mexaniki yüklənmə ola bilər, - qiymət - daha ucuzdur, standart- GOST 30753-2001, ASME B16.9 SR
Uzun və qısa radiuslu dirsəklərin Texniki fərqləri aşağıdakılardır:
a) Hidravlik baxımdan fərq
Uzun boğaz dirsəklərdə radius böyük olduğundan, axın istiqaməti daha tədricən dəyişir. Bu, turbulensiyanın azalmasına və təzyiq itkisinə mane olur. Buna görə uzun boğaz dirsəklər yüksək axın sürəti olan və enerji səmərəliliyi vacib olan sistemlərdə istifadə olunur.
Qısa radiuslu dirsəklərdə isə dönmə daha kəskindir, axın “divara dəyərək” daha çox müqavimət yaradır. Bu səbəbdən təzyiq itkisi daha çoxdur, lakin bu, bəzi hallarda qəbul edilə bilər – məsələn, məkan məhdud olan borulama xətlərində.
b) Mexaniki və montaj baxımından fərq
Uzun boğaz dirsəklər boru və qaynaq tikişləri arasında daha yumşaq gərginlik paylanması yaradır. Bu, xüsusilə yüksək təzyiqli və istilikli sistemlərdə vacibdir.
Qısa radiuslu dirsəklər isə daha çox kompakt quraşdırma tələb edən sistemlərdə seçilir, məsələn, nasos otaqları, dar texnoloji konteynerlər və ya mühərrik sistemləri.
Uzun radiuslu dirsəklər (R=1.5DN) əsasən Neft-qaz kəmərləri, Enerji stansiyaları, Kimya və neft-emalı zavodları, Yüksək təzyiqli sistemlər, Axının sabitliyi tələb olunan magistral borularda istifadə edilir.
Qısa radiuslu dirsəklərin (R=DN) isə daha çox Məkan məhdudiyyəti olan avadanlıqlar, Daxili borulama (məişət, konteyner, texnoloji bloklar), Gəmi və dəniz platformaları, Nasos və kompressor sistemlərinin yaxın çıxışlarında istifadəsinə üstünlük verilir.
Vizual olaraq uzun radiuslu dirsəklərdə radius daha geniş, əyilmə hissəsi uzundur. Uçdan uca məsafə daha böyükdür.
Qısa radiuslu dirsəklərdə isə radius kiçik, dönüş daha kəskindir. Uçdan uca məsafə qısadır. Bu fərq istehsal zamanı da hiss olunur — uzun boğaz dirsəklərin formalaşdırılması üçün daha çox material və qəlib uzunluğu tələb olunur.
Bundan belə nəticəyə gəlmək olar ki, uzun boğaz və qısa radiuslu dirsəklər eyni məqsədə – boru istiqamətini dəyişməyə – xidmət etsə də, axın səmərəliliyi, məkan ehtiyacı və təzyiq şəraiti baxımından fərqli tətbiqlərə malikdir. Daha az axın itkisi və yüksək dayanıqlıq lazımdırsa, uzun radiuslu dirsək (R=1.5DN) seçilməlidir. Məkan azdır və çeviklik önəmlidirsə o zaman qısa radiuslu dirsək (R=DN) daha məqsədəuyğundur
GOST 17375-2001 (uzun boğaz) və GOST 30753-2001 (qısa radiuslu) standartları bir-birini tamamlayan, lakin fərqli mühəndislik ehtiyaclarını qarşılayan iki əsas polad dirsək növünü tənzimləyir. Layihələndirmə zamanı bu fərq düzgün nəzərə alınarsa, həm hidravlik səmərəlilik, həm də quraşdırma rahatlığı təmin edilmiş olur.
Metalstore sizə yüksək keyfiyyətli polad dirsəkləri təklif edir. Hər hansı bir tələbiniz olarsa bizə mail üzərindən yaza və ya əlaqə saxlayaraq sifariş edə bilərsiniz.
Dirsək (Elbow) – boru xəttinin istiqamətini dəyişdirmək üçün istifadə olunan qaynaqla birləşdirilən boru fitinqidir. Ən çox 45°, 60°, 90° və 180° bucaqlı növləri olur. Dirsəyin radiusu onun “yumşaqlığını” və boru sistemində axın xüsusiyyətlərini müəyyən edir.

